​Türkmənistanın Əfqanıstanla sərhəddəki qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib

​Türkmənistanın Əfqanıstanla sərhəddəki qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib Hüquq-mühafizə orqanları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Region
18 Aprel , 2016 11:44
​Türkmənistanın Əfqanıstanla sərhəddəki qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib

Bakı. 18 aprel. REPORT.AZ/ Türkmənistanın Əfqanıstanla sərhəddə yerləşən Marı vilayətindəki qoşunu döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Report" xəbər verir ki, bu haqda "Xronika Turkmenistana" xəbər yayıb.

Məlumata görə, həmin bölgəyə əlavə qoşun qüvvələri, hərbi texnika yerləşdirilib.

Hüquq-mühafizə orqanları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Türkmənistanın Serhetabad (keçmiş adı Quşğa) və Taxtabazar sərhəd yaşayış məntəqələrinə ancaq yerli qeydiyyatı olan sakinlər buraxılırlar. Marı-Serhetabd, Marı-Taxtabazar və sərhədboyu başqa avtomobil yollarına postlar qoyulub.

Xatırladaq ki, artıq üç həftədir Əfqanıstanın Türkmənsitanla sərhəd rayonlarında hökumət qoşunları ilə "Taliban" silahlıları arasında döyüş gedir. 

Son xəbərlər

Orphus sistemi