Türkmənistan prezidenti Türkiyəyə səfər edəcək

Türkmənistan prezidenti Türkiyəyə səfər edəcək İki günlük rəsmi ziyarət çərçivəsində Berdiməhəmmədov Ankara ilə yanaşı İstanbulda tədbirlərə qatılacaq
Region
1 Mart , 2015 05:50
Türkmənistan prezidenti Türkiyəyə səfər edəcək

Bakı. 1 mart. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 3-dǝ Türkiyəyə səfər edəcək.

"Report"un TRT-yə istinadən verdiyi xəbərə görə, iki günlük rǝsmi ziyarət çərçivəsində iki ölkə başçısı Ankarada tǝkbətək vǝ geniş tərkibli görüşlər keçirəcək. Bununla yanaşı Berdiməhəmmədov İstanbulda Beynǝlxalq Sərmayə Qoyuluşu Forumunun açılış mǝrasimində iştirak edəcək.

Türk tərəfi ümid edir ki, bu səfər yaxın əlaqələrə malik iki ölkə arasında çoxşaxəli ǝmǝkdaşlığı sürətləndirəcək.

Son xəbərlər

Orphus sistemi