Yuxarı
    Bağlamaq

    ​Türkiyəyə son bir gündə Suriyadan 8 raket düşüb, 18 nəfər yaralanıb

    Əraziyə polis, təcili tibbi yardım və xilasedicilər cəlb edilib

    Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Türkiyənin sərhəddə yerləşən Kilis şəhərinə Suriyadan daha üç raket mərmisi düşməsi nəticəsində üçü ağır olmaqla 6 nəfər yaralanıb. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Kilis valisi bildirib.

    Məlumata görə, Rusiya istehsalı olan "Katyuşa" raket-kompleksindən atılan raketlər Kilis şəhərinin Əkrəm Çətin məhəlləsinə düşərək partlayıb. Əraziyə polis, təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

    Qeyd edək ki, aprelin 11-də axşam saatlarında Kilisə 5 raket düşməsi nəticəsində üçü ağır olmaqla 12 nəfər yaralanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi