Türkiyəyə müalicəyə gedən iki Gürcüstan vətəndaşı yol qəzasında ölüb

Türkiyəyə müalicəyə gedən iki Gürcüstan vətəndaşı yol qəzasında ölüb Gürcüstanın iki vətəndaşı Türkiyədə baş verən yol qəzasında ölüb.
Region
26 İyun , 2019 11:56
Türkiyəyə müalicəyə gedən iki Gürcüstan vətəndaşı yol qəzasında ölüb

Gürcüstanın iki vətəndaşı Türkiyədə baş verən yol qəzasında ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Trabzon şəhərinin 120 kilometrliyində baş verib.

Acarıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən bildirilib ki, qəza nəticəsində ölən şəxslər Xulo rayonunun sakinləridir. Bir ailənin üzvləri olan həmin şəxslər Türkiyəyə müalicəyə yollanıblar.

Ölən vətəndaşların ana və övladı olduğu bildirilir. Onlar yol qəzasına Gürcüstana qayıdan zaman düşüblər.

Avtomobildə olan digər şəxs isə ağır vəziyyətdə Rize şəhər xəstəxanasına çatdırılıb.

Gürcüstanın Trabzon şəhərindəki Baş konsulluğu ölən vətəndaşların meyitlərinin vətənə çatdırılması üçün prosedurlara başlayıb. 

Son xəbərlər

Orphus sistemi