​Türkiyəyə 3 metr qalınlığında qar yağıb

​Türkiyəyə 3 metr qalınlığında qar yağıb Ölkənin qış istirahət mərkəzində 13-14 dərəcə şaxta qeydə alınıb
Region
7 Yanvar , 2015 14:40
​Türkiyəyə 3 metr qalınlığında qar yağıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyədə Uludağın "mehmanxanalar bölgəsinə" yağan qarın qalınlığı 2 metr 60 sm-ə çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin bu ərazisində gündüz 13 dərəcə şaxta qeydə alınıb, gecə isə 14 dərəcə şaxta olacağı proqnozlaşdırılıb.

Qarın sabah günorta saatlarınadək yağacağı gözlənilir.

Xatırladaq ki, Uludağ Bursa vilayətində yerləşir. Onun ən yüksək zirvəsi 2 min 543 metrdir. Uludağ Türkiyənin ən böyük qış idman və istirahət mərkəzi sayılır. 

Son xəbərlər

Orphus sistemi