Türkiyəyə 26 milyon dollarlıq zənginləşdirilmiş alüminium keçirməyə çalışan şəxslər tutulub

Türkiyəyə 26 milyon dollarlıq zənginləşdirilmiş alüminium keçirməyə çalışan şəxslər tutulub Bu maddədən müdafiə sənayesində nüvə müəssisələrində, raket başlıqlarının hazırlanmasında istifadə edilir
Region
8 Mart , 2018 11:15
Türkiyəyə 26 milyon dollarlıq zənginləşdirilmiş alüminium keçirməyə çalışan şəxslər tutulub

Bakı. 8 mart. REPORT.AZ/ Türkiyənin Diyarbakır bölgəsində keçirilən əməliyyat nəticəsində ümumi çəkisi 10 kq olan zənginləşdirilmiş alüminium maddəsi aşkarlanaraq müsadirə edilib.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, əməliyyatı Türkiyənin Batman əyalətinin Kəşfiyyat Şöbəsi keçirib.

Əməliyyat nəticəsində bu maddəni Türkiyə ərazisinə keçirən şəbəkənin üç üzvü tutulub.

Araşdırma nəticəsində məlum olub ki, zənginləşdirilmiş bu maddədən müdafiə sənayesində nüvə müəssisələrində, raket başlıqlarının hazırlanmasında istifadə edilir.

Zənginləşdirilmiş alüminium polisin laboratoriyasında mühafizə olunur.

Onlar terrorçu PKK qruplaşmasına bağlı beynəlxalq qaçaqmalçılıq şəbəkəsinin üzvləridir.

Bu maddənin 100 milyon türk lirəsi (26 milyon 317 min 648 dollar) dəyərində olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi