Yuxarı

​Türkiyənin Yunanıstandakı konsulluğunun binasına hücum olub

Hücumun məsuliyyətini hələ üzərinə götürən yoxdur

Bakı. 18 iyun. REPORT.AZ/ Naməlum maskalılar Yunanıstanın Saloniki şəhərindəki Türkiyənin konsulluğunun binasını qoruyan xüsusi təyinatlıların əməkdaşlarına hücum edib, "Molotov" kokteyl atıblar.

"Report"un "eleftheriaonline.gr"ə istinadən verdiyi məlumata görə, hücum edənlər yandırıcı qarışıqla olan şüşə qabları asayiş keşikçilərinə doğru atsalar da, "kokteyllər" asfalta düşərək, dağılıb.

Məlumata görə, hadisə nəticəsində ciddi zərərçəkən olmayıb, amma konsulluğun binası yaxınlığındakı avtomobillər ziyan çəkib.

Hücumun məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi