Yuxarı

​Türkiyənin Yunanıstandakı konsulluğunun binasına basqın edilib

Məlumata görə, diplomatik nümayəndəliyə hücumda təxminən 25 nəfər iştirak edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyənin Yunanıstanın Saloniki şəhərindəki konsulluğunun binasına naməlum şəxslər 15 "Molotov kokteyli" atıblar.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, konsulluğa hücumda təxminən 25 nəfər iştirak edib.

Xəbərdə bildirilib ki, gecə saatlarında baş verən basqın nəticəsində xəsarət alan olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi