​Türkiyənin Yunanıstandakı Baş Konsulluğunun binasına basqın olub

​Türkiyənin Yunanıstandakı Baş Konsulluğunun binasına basqın olub Əvvəllər dipolmatik missiyanın binası önündəki polis postuna doqquz dəfə bu sayaq basqın həyata keçirilib
Region
18 Aprel , 2015 17:18
​Türkiyənin Yunanıstandakı Baş Konsulluğunun binasına basqın olub

Bakı. 18 aprel. REPORT.AZ/ Yunanıstanın Selanik şəhərində Türkiyənin Baş Konsulluğunun binası qarşısında növbə çəkən polislərə molotov kokteyli atılıb.

"Report" xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb.

Basqınçılar həmin polislərə sarı 10-dan artıq molotov kokteyli tullayıblar.

Atılan partlayıcılar konsulluğun binasının divarını yandırıb.

Xatırladaq ki, indiyədək diplomatik missiyanın binası önündəki polis postuna doqquz dəfə bu sayaq basqın həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi