Yuxarı

​Türkiyənin "Yetenek Sizsiniz" müsabiqəsinin finalçısı saxlanılıb

Erciyes Universitetinin 100-ə yaxın əməkdaşı və vəzifəlisi həbs edilib

Bakı. 17 avqust. REPORT.AZ/ Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində Türkiyənin Erciyes Universitetitin 100-ə yaxın əməkdaşı və vəzifəlisi saxlanılıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, tutulanlar arasında Türkiyənin "TV 8" telekanalında yayımlanan "Yetenek Sizsiniz" müsabiqəsinin finalçısı Hakan Akdoğan da var.

Məlumata görə, əməliyyat yerli prokurorluğun təlimatı əsasında Kayseri Təhlükəsiz İdarəsinin Terrorizmə qarşı mübarizə şöbəsinin əməkdaşları ilə yanaşı, təxminən 300 polisin iştirakı ilə avqustun 17-də səhər saatlarında keçirilib.

Xəbərdə bildirilib ki, ali təhsil müəssisəsinin rəhbərliyi ilə yanaşı, 10 polis əməkdaşı da tutulub. Əməliyyat Kayseri, Ankara və Tokat şəhərlərində eyni vaxtda keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi