Yuxarı

​Türkiyənin yeni konstitusiyasını hazırlayan Uzlaşma Komissiyasında erməni də var

Müxalifət bu məsələdə vaxt məhdudiyyətinin qoyulmasına qarşı çıxır

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisində ölkənin yeni konstitusiya layihəsi ilə bağlı Uzlaşma Komissiyasının ilk toplnatısı keçirilir.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, toplantıda müzakirə olunacaq ilk məsəslə komissiyanın fəaliyyət müddətidir. Ədalət və İnkişaf Partiyası komissiyanın fəaliyyət müddətinin 6 ay olmasını, parlament tətilə çıxmadan, iyunda yeni konstitusiya haqda qərarın verilməsini təklif edir. Müxalifət isə bu məsələdə vaxt məhdudiyyətinin qoyulmasına qarşı çıxır.

Xəbərə əsasən, Uzlaşma Komisyasına Ədalət və İnkişaf Partiyasından Əhməd İyman, Cəmil Çiçək, Əldülhamit Gül, Cümhuriyyət Xalq Partiyasından Namiq Havutça, Ömer Süha Aldan, Bülənt Tezcan, Milliyyətçi Hərəkat Partiyasından Oktay Öztürk, Mehmet Parsak, Kadir Koçdəmir və Xalqların Demokratik Partiyasında Mithat Səncər, Meral Danış Bektaş, Garo Paylan daxildir.

Qeyd edək ki, Garo Paylan ermənidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi