Yuxarı

Türkiyənin yeni hökumətində əvvəlki heyətdən 8 nəfər təmsil olunmayacaq - SİYAHI

Sabah Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk toplantısı keçiriləcək

Bakı. 24 may. REPORT.AZ/ Türkiyənin 64-cü hökumətinin tərkibində yer alan 8 nəfər vəzifəsindən uzaqlaşdırılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əvvəlki hökumətdə təmsil olunan 4 nazirin isə vəzifəsi dəyişdirilib. Onlar 65-ci hökumətdə fərqli vəzifə tutacaqlar.

Baş nazirin müavini Yalçın Akdoğan, ailə və sosial təminat naziri Sema Ramazanoğlu, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı, Avropa İttifaqı naziri Volkan Bozkır, səhiyyə naziri Mehmet Müezzinoğlu, iqtisadiyyat naziri Mustafa Elitaş, inkişaf naziri Cevdet Yılmaz, mədəniyyət və turizm naziri Mahir Ünal 65-ci hökumətdə təmsil olunmayacaqlar. 

Vəzifələri dəyişən nazirlər isə bunlardır: Fikri Işık (elm, sənaye və texnologiya naziri idi, yeni kabinetdə milli müdafiə naziri olacaq, əvvəl bu vəzifəni İsmət Yılmaz tutub), Lütfi Elvan (baş nazirin müavini idi, inkişaf naziri olacaq, əvvəl Cevdet Yılmaz), Nəbi Avcı (milli təhsil naziri idi, mədəniyyət və turizm naziri olacaq, keçmiş kabinetdə bu vəzifəni Mahir Ünal tutub), İsmət Yılmaz (milli müdafiə naziri idi, milli təhsil naziri olacaq, əvvəl Nəbi Avcı).

Hökumətdə təmsil olunacaq baş nazirin yeni müavinləri və nazirlərin siyahısı isə belədir:

Faruk Özlü - elm, sənaye və texnologiya naziri (Fikri Işıkı əvəz edəcək), Mehmet Özhaseki - ətraf mühit və şəhərsalma naziri (Fatma Güldemet Sarı), Recep Akdağ - səhiyyə naziri (Mehmet Müəzzinoğlu), Əhməd Arslan - nəqliyyat, dənizçilik və kommunikasiya naziri (Binəli Yıldırım), Fatma Betül Sayan Kaya - ailə və sosial təminat naziri (Sema Ramazanoğlu), Ömer Çelik - Avropa İttifaqı naziri (Volkan Bozkır), iqtisadiyyat naziri - Nihat Zeybekçi (Mustafa Elitaş), Nurettin Canikli - baş nazirin müavini.

Qeyd edək ki, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə ölkənin yeni hökumətinin ilk toplantısı keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi