Türkiyənin XİN başçısı Rusiyaya səfər edəcək

Türkiyənin XİN başçısı Rusiyaya səfər edəcək O, səfər çərçivəsində rusiyalı həmkarı ilə görüşəcək
Region
27 Mart , 2017 12:35
Türkiyənin XİN başçısı Rusiyaya səfər edəcək
Mövlud Çavuşoğlu

Bakı. 27 mart. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 29-da Rusiyaya səfər edəcək.

“Report” bu barədə “Haberlər”ə istinadən xəbər verir. 

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, M.Çavuşoğlu səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Səfər zamanı Suriyadakı vəziyyət, bu ölkənin Afrin bölgəsində Rusiyanın hərbi baza qurması və terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin Rusiya ilə əməkdaşlığına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi