Yuxarı
    Bağlamaq

    ​Türkiyə XİN başçısı: "Parlamentlər tarixi məsələlərlə bağlı qərar qəbul edə bilməz"

    Səfir Hasan Gökguşe Vyanaya dönüb

    Bakı. 23 aprel. REPORT.AZ/ "Parlamentlər tarixi məsələlərlə bağlı qərar qəbul edə bilməz". "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avstriyalı həmkarı Sebastyan Kurtsla telefon danışığı zamanı bildirib.

    M.Çavuşoğlu qeyd edib ki, Avstriya parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənəd iki ölkə arasında arzuolunmaz vəziyyətin yaranması ilə nəticələnə bilər.

    Xatırladaq ki, Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya parlamentinin bu qərarı ilə bağlı etiraz bəyanatı yayıb: "Avstriya parlamentinin son qərarı tarixi həqiqətlərə ziddir. Türkiyəni və türk xalqını hansısa cinayətlərdə ittiham etmək tamamilə əsassızdır. Avstriyanın Ankaradaki səfirinə məsələ ilə bağlı qəti mövqe bildirilib və qeyd olunub ki, sözügedən qərar Türkiyə-Avstriya dostluğuna ciddi xələl gətirəcək. Bununla belə, Türkiyənin Vyanadaki səfiri Hasan Gokguşenin Ankaraya geri çağırılması qərara alınıb".

    Qeyd edək ki, bu gün səfir vəzifəsinin icrasını davam etdirmək üçün Vyanaya dönüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi