Türkiyənin xaricdəki ilk böyük hərbi təlim düşərgəsinin açılışı olacaq

Türkiyənin xaricdəki ilk böyük hərbi təlim düşərgəsinin açılışı olacaq 400 hektarlıq ərazidə bu bazanın tikintisinə 2015-ci ilin mart ayında başlanılıb
Region
17 Mart , 2017 11:41
Türkiyənin xaricdəki ilk böyük hərbi təlim düşərgəsinin açılışı olacaq

Bakı. 17 mart. REPORT.AZ/ Türkiyənin Somalinin paytaxtı Moqadişoda inşa etdiyi hərbi təlim düşərgəsinin aprel ayında açılışı olacaq.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu, Türkiyənin xarici ölkədəki ən böyük hərbi bazası olacaq.

Məlumata görə, hərbi bazanın açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın da iştirak edəcəyi nəzərdə tutulub.

Xəbərdə bildirilib ki, 400 hektarlıq ərazidə bu bazanın tikintisinə 2015-ci ilin mart ayında başlanılıb. Onun inşasına 50 milyon dollar maliyyə vəsaiti xərclənib. Hərbi düşərgədə 3 hərbi məktəb var. Orada 1 000 hərbçi təlimat keçəcək. Bu mərkəzdə Somali ilə yanaşı, Afrikanın başqa ölkələrindən olan hərbçilər də təlim keçəcəklər.

Son xəbərlər

Orphus sistemi