Türkiyənin xaricdə yaşayan vətəndaşları üçün səsvermə başlayıb

Türkiyənin xaricdə yaşayan vətəndaşları üçün səsvermə başlayıb Türkiyə vətəndaşları Azərbaycanda üç məntəqədə mayın 31-də səs verəcəklər
Region
8 May , 2015 12:59
Türkiyənin xaricdə yaşayan vətəndaşları üçün səsvermə başlayıb

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Türkiyənin xaricdə yaşayan 2,8 milyondan çox vətəndaşı üçün parlament seçkiləri ilə bağlı səsvermə başlayır.

"Report" Tükiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyası açıqlama yayıb.

Məlumata görə, səsvermə mayın 8-dən 31-dək ayrı-ayrı ölkələrdə qrafik üzrə keçiriləcək.

Türkiyə vətəndaşları Azərbaycanda üç məntəqədə mayın 31-də səs verəcəklər.

Xatırladaq ki, bu il iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçkilər keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi