​Türkiyənin xarici işlər naziri Soçidə rusiyalı həmkarı ilə görüşəcək

​Türkiyənin xarici işlər naziri Soçidə rusiyalı həmkarı ilə görüşəcək Nazirlərin ikitərəfli və beynəlxalq məsələlərə dair geniş müzakirələr aparacağı gözlənilir
Region
16 Sentyabr , 2015 13:00
​Türkiyənin xarici işlər naziri Soçidə rusiyalı həmkarı ilə görüşəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Soçidə Türkiyə və Rusiya xarici işlər nazirləri Ferudin Sinirlioğlu və Sergey Lavrov arasında görüş olacaq. 

"Report" xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti məlumat yayıb.

Məlumata görə, görüş bu il sentyabrın 17-də keçiriləcək. Xəbərdə nazirlərin ikitərəfli və beynəlxalq məsələlərə dair geniş müzakirələr aparacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi