Türkiyənin Van şəhərində partlayış törədilib, 6 polis yaralanıb

Türkiyənin Van şəhərində partlayış törədilib, 6 polis yaralanıb Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir
Region
14 İyun , 2016 19:37
Türkiyənin Van şəhərində partlayış törədilib, 6 polis yaralanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Türkiyənin Van vilayətinin Gevaş rayonunda partlayış törədilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, zirehli polis avtomobilinin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən Van-Gürpınar-Gevaş yoluna yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.

Nəticədə 6 polis əməkdaşı yaralanıb. Yaralılar Vandakı xəstəxanalara qaldırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi