​Türkiyənin tələbi ilə NATO-nun fövqəladə toplantısı keçiriləcək

​Türkiyənin tələbi ilə NATO-nun fövqəladə toplantısı keçiriləcək Alyans Türkiyə sərhədindəki vəziyyəti yaxından izlədiyini açıqlayıb
Region
24 Noyabr , 2015 16:42
​Türkiyənin tələbi ilə NATO-nun fövqəladə toplantısı keçiriləcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyənin tələbi əsasında bu gün NATO-nun fövqəladə toplantısı keçiriləcək.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, NATO Türkiyə sərhədindəki vəziyyəti yaxından izlədiyini bildirib.

İclas noyabrın 24-də Bakı vaxtı ilə saat 20.00-da keçiriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi