Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD-in öldürülmüş lideri Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafındakı 13 nəfəri saxlayıb.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Macarıstana səfərin gedişatında keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.
"Aazazeda (Suriyada-red) biz əl-Bağdadinin bacısını və onun ərini yaxaladıq. İndi əlimizdə onun yaxın ətrafından 13 nəfər var", - deyə Ərdoğan bildirib.