​Türkiyənin təbii qaz ehtiyacını ödəyəcək alternativ marşrutun adı açıqlanıb

​Türkiyənin təbii qaz ehtiyacını ödəyəcək alternativ marşrutun adı açıqlanıb Bölgədə 5 trilyon kubmetr "mavi yanacaq" ehtiyatı var, bu həcm Türkiyənin 50 illik ehtiyacını ödəyə bilər
Region
27 Noyabr , 2015 20:13
​Türkiyənin təbii qaz ehtiyacını ödəyəcək alternativ marşrutun adı açıqlanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyənin ehtiyacını ödəmək üçün İraqın şimalındakı muxtar bölgədən təbii qaz idxal ediləcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraqın şimalındakı muxtar kürd bölgəsinin təbii ehtiyatlar qurumu bildirib.

Məlumata görə, muxtar bölgədən Türkiyəyə təbii qaz nəqlinə hazırlıq işləri görülür.

Xəbərə əsasən, İstanbulda keçirilən Atlantik Şurasının Energetika və İqtisadi Sammitində muxtar bölgənin təbii ehtiyatlar üzrə məsulu Aşti Haourami "mavi yanacağ"ın Türkiyəyə nəql edilməsilə bağlı narahatçılığın olmadığını vurğulamışdı: "Bunun üçün Türkiyəyə lazım olan infrastruktur mövcuddur".

Mütəxəssislərin hesablamasına əsasən, İraqın şimalında 5 trilyon kubmetr təbii qaz ehtiyatı var və bu həcm Türkiyənin 50 illik "mavi yanacaq" ehtiyacını ödəyə bilər. Onlar bildirib ki, bununla da Türkiyə Rusiya və İranın təbii qaz asılılığından qurtulacaq. Məlumata görə, Türkiyə bölgədən bu yanacağı daha ucuz qiymətə idxal edəcək. 

Son xəbərlər

Orphus sistemi