Türkiyənin tanınmış iş adamı qəzaya düşüb

Türkiyənin tanınmış iş adamı qəzaya düşüb Onu helikopterlə İstanbula hospitala aparıblar
Region
27 İyun , 2017 13:34
Türkiyənin tanınmış iş adamı qəzaya düşüb

Bakı. 27 iyun. REPORT.AZ/ Türkiyənin tanınmış iş adamı Əli Ağaoğlu Bodrumda su motosikleti sürərkən qəzaya düşüb və xəsarət alıb.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, onu helikopterlə İstanbula hospitala aparıblar.

Qəza nəticəsində Əli Ağaoğlunun  iki qabırğası sınıb. İş adamı su motosikletini sürərkən tərs dalğa ilə üzləşib, idarəetməni itirib və nəticədə qəza törədib. O, aldığı xəsarətə görə, bir həftə işləməyəcək. 

Son xəbərlər

Orphus sistemi