Türkiyənin Suriyada həyata keçirdiyi "Fırat kalkanı" əməliyyatından 100 gün ötür

Türkiyənin Suriyada həyata keçirdiyi "Fırat kalkanı" əməliyyatından 100 gün ötür Bu müddət ərzində Türkiyə Silahlı Qüvvələrinin 18 hərbçisi şəhid olub, 2-si isə itkin düşüb
Region
1 Dekabr , 2016 09:55
Türkiyənin Suriyada həyata keçirdiyi Fırat kalkanı əməliyyatından 100 gün ötür

Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı“) adı altında həyata keçirdiyi əməliyyatın 100-cü günüdür.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, 2016-cı il avqustun 24-də başlayan əməliyyat zamanı Türkiyənin 18 hərbçisi şəhid olub, 2-si isə itkin düşüb.

İnformasiyaya görə, antiterror əməliyyatının 99-cu günündə isə Türkiyə Silahlı Qüvvələrinin iki pilotu İŞİD terrorçuları tərəfindən qaçırılıb. Onların Suriyanın Rakka şəhərinə aparıldıqları ehtimal edilir.

Suriya Azadlıq Ordusu döyüşçülərinin Əl-Bab şəhərinə yaxınlaşdığı ərəfədə Bəşşar Əsədə aid qırıcılar onların mövqeyinə havadan zərbə endirib. Bu səbəbdən Türkiyə hərbçiləri iki həftə ərzində İŞİD-in mövqelərinə zərbə endirə bilməyib.

Məlumata görə, 100 gün ərzində Türkiyə Silahlı Qüvvələrinin Suriya Azadlıq Ordusuna dəstəyi nəticəsində Cerablus rayonu, ona aid 30 kənd də daxil olmaqla Suriya ərazisində 1820 kv.km. ərazi, eləcə də 218 yaşayış məskəni terrorçu İŞİD qruplaşmasından təmizlənib.

Son xəbərlər

Orphus sistemi