Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub, 5-i yaralanıb

Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub, 5-i yaralanıb Rusiyaya aid döyüş təyyarələri də Əl-Babda ilk dəfə İŞİD-in mövqelərinə zərbə endirib
Region
30 Dekabr , 2016 11:01
Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub, 5-i yaralanıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub, 5-i yaralanıb.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Əl-Bab ətrafında gedən döyüşlərdə Türkiyə ordusu terrorçu İŞİD qruplaşmasının 26 silahlısını məhv edib.

Türkiyə qırıcılarının havadan endirdikləri zərbələr nəticəsində İŞİD-in 17 istehkam və hədəfi dağıdılıb. 

İnformasiyaya əsasən, Rusiyaya aid döyüş təyyarələri də Əl-Babda ilk dəfə İŞİD-in mövqelərinə zərbə endirib. Məlumata görə, üç hava hərəkəti nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı bu il avqustun 24–də başlayıb. Ötən müddət ərzində Suriyada keçirilən anti-terror əməliyyat nəticəsində Türkiyənin 41 hərbçisi şəhid olub.

Son xəbərlər

Orphus sistemi