Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Şanlıurfa bölgəsinin Suruc rayonunda polis məntəqəsinə bombalı basqın edilib.
"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis və iki mülki şəxs yaralanıb.
Bomba polis məntəqəsinin yaxınlığında dayanan avtomobillərdən birinə qoyulubmuş.
Xatırladaq ki, Suruc rayonu Suriyanın Kobani (Ayn-əl Ərəb) şəhərindən 15 kilometr aralıdır.