Yuxarı
    Bağlamaq

    Türkiyə Suriya ilə sərhədin bir hissəsini "xüsusi təhlükəsizlik" bölgəsi elən edib

    Bu qərar terrorçu İŞİD qruplaşmasından qaynaqlanan təhlükənin qarşısını almaq məqsədi daşıyır

    Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyə bir həftə müddətinə Suriya ilə sərhəddə yerləşən dörd rayonu "xüsusi təhlükəsizlik" bölgəsi elən edib.

    "Report"un NTV telekanalına istinadən verdiyi məlumata görə, Kilis bölgəsinin rəhbərliyi tərəfindən qəbul edilən bu qərar terrorçu İŞİD qruplaşmasından qaynaqlanan təhlükənin qarşısını almaq məqsədi daşıyır.

    Xatırladaq ki, iyulun 23-də sərhəddə Suriya tərəfindən açılan atəş nəticəsində Kilis vilayətində iki hərbçi öldürülmüşdü.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi