Yuxarı

​Türkiyənin Şırnak vilayətində terror aktı törədilib: 1 ölü, 7 yaralı

Hadisədə yaralananlardan üçü əsgərdir

Bakı. 27 avqust. REPORT.AZ/ PKK terrorçuları Şırnak vilayətinin Cizrə rayonunun Nur məhəlləsindəki Cizrə qarnizonuna hücum edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin cavab atəşindən sonra baş verən qarşıdurma "Dəclə Elektrik Dağıtım AŞ"nin (DEDAŞ) əməkdaşı, 39 yaşlı Məsud Sanrı həlak olub, 3 əsgər və 4 məhəllə sakini yaralanıb. Yaralılar Cizrə Dövlət Xəstəxanasına qaldırılıb.

Eyni zamanda, terrorçular hadisə yerinə gələn zirehli polis maşınına da minaatanlardan atəş açıb. Ancaq ölən və yaralanan olmayıb. Hücumun ardından qaçan terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi