Yuxarı

​Türkiyənin Şırnak bölgəsində tank batalyonuna silahlı hücum olub

PKK-nın hücumu nəticəsində 1 hərbçi ağır yaralanıb

Bakı. 29 iyul. REPORT.AZ/ Axşam saatlarında PKK-lı bir qrup terrorçu Cudi Dağı ətəklərində Qala Tank Batalyonuna minaatan və uzun lüləli silahlarla hücum edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hücum anında qarşılıq verən təhlükəsizlik qüvvələri ilə PKK-lı terrorçular arasında atışma olub.

Döyüşdə ağır yaralanan 1 hərbçi vertolyotla Şırnak hərbi hospitalına aparılıb.

Havanın qaranlıq olmasından istifadə edərək meşəyə qaçan terrorçuların yaxalanması üçün bölgədə havadan əməliyyata başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi