Bakı. 27 avqust. REPORT.AZ/ Türkiyənin Van vilayətində polis əməkdaşları ilə PKK terrorçuları arasında atışma olub.
"Report" NTV telekanalına istinadən xəbər verir ki, silahlı hücuma məruz qalan polis əməkdaşlarından ikisi yaralanıb.
Terrorçuların minaatanlardan istifadə etdiyini qeyd edən rəsmilər bildiriblər ki, PKK üzvlərinin yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri icra edilir.