​Türkiyənin şərqində partlayış baş verib

​Türkiyənin şərqində partlayış baş verib Polis partlayışın qaz sızması nəticəsində baş verdiyini istisna etmir
Region
24 İyul , 2015 15:32
​Türkiyənin şərqində partlayış baş verib

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyənin şərqindəki Elazığ şəhərində yerləşən hotellərin birində partlayış baş verib. Bu barədə "Report" "Sabah" qəzetinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, partlayış nəticəsində üç nəfər yaralanıb.

Polis partlayışın qaz sızması nəticəsində baş verdiyini istisna etmir. Bəzi məlumatlara görə, partlayış baş verən otaqda şüşədə tez alışan maye saxlanılıb.

Partlayışın baş verdiyi Elazığ şəhəri terror aktı nəticəsində 30 nəfərdən artıq insanın həlak olduğu Suruçdan təxminən 200 kilometr şimalda yerləşir. 

Son xəbərlər

Orphus sistemi