Bakı. 12 aprel. REPORT.AZ/ Türkiyənin Ağrı vilayətində hərbçilərlə terrorçu PKK təşkilatının üzləri arasında baş verən atışma nəticəsində ən azı 5 terrorçunun öldürüldüyü bildirilir.
"Report"un Hürriyət qəzetinə istinadən verdiyi xəbərə görə, insident Yuxarı Tütək kəndində qeydə alınıb.
25 nəfərdən ibarət PKK dəstəsi ilə atışmanın 12 saat davam etdiyini qeyd edən hərbçilər, bir terrorçunun da yaralı halda tutulduğunu açıqlayıblar.
Hərbçilər arasında isə 4 nəfərin yaralandığı bildirilir.