Yuxarı

​Türkiyənin səhiyyə naziri: Ankarada törədilən terrorda ölənlərin sayı 86-ya çatıb

Hadisə nəticəsində 186 nəfər yaralanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Ankarada dəmiryol vağzalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 86-ya, yaralıların sayı isə 186 nəfərə çatıb.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mehmet Müzzinoğlu bildirib.

Xatırladaq ki, bir müddət öncə Türkiyə Baş Prokurorluğunun təmsilçiləri Necip Cem İşçimen və Hüseyn Şahin hadisə yerində 44 nəfər, xəstəxanada isə 17 nəfərin həyatını itirdiyini bildirmişdi.

Onlar ölənlərin sayının artacağını istisna etməmişdi.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər Nazirliyi hadisə nəticəsində 30 nəfərin öldüyü, 126 nəfərin yaralandığı haqda məlumat yayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi