Yuxarı

​Türkiyənin səfirliyinin binasına güllə atan erməniyə iş kəsilib

O, Rusiya vətəndaşıdır və Tula vilayətində Dobrıy les adlı şirkətin başçısıdır

Bakı. 4 aprel. REPORT.AZ/ Türkiyənin Rusiyadakı səfirliyinin binasına atəş açmış erməni Artur Mirzoyan iki il azadlıqdan məhrum edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Mirzoyanın vəkili Georgi Şatvoryan bildirib.

Vəkil məhkəmənin qərarı ilə razılaşmadıqlarını, Türkiyənin "qondarma erməni soyqırımını tanımadığı" üçün müvəkkilinin səfirliyə şikayətə getdiyini və s. bu sayaq fikirlər söyləyib.

Xatırladaq ki, A.Mirzoyan 2014-cü il avqustun 18-də Türkiyənin Moskvadakı səfirliyinin binasının divarındakı gerbi iki dəfə güllələyib.

O, Rusiya vətəndaşıdır. RF-nin Tula vilayətində "Dobrıy les" adlı şirkətin başçısıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi