Yuxarı
    Bağlamaq

    ​Türkiyənin Sarıkamış bölgəsində 27 dərəcə şaxta qeydə alınıb

    Bölgələrdə mülayim külək əsəcəyi də gözlənilir

    Bakı. 19 dekabr. REPORT.AZ/ Anadolunun şimal-şərqində, Türkiyənin Qars əyalətinin Sarıkamış rayonunda 27 dərəcə şaxta qeydə alınıb.

    "Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

    Məlumata görə, Ağrıda 9, Qarsda 12, Ərzincanda 13, Ərzurumda 15, Ərdahanda 21 dərəcə şaxta qeydə alınıb. Bölgələrdə mülayim külək əsəcəyi də gözlənilir.

    Müvafiq qurumların məsul şəxsləri vətəndaşları tədbirli olmağa çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi