Bakı. 17 İyun. REPORT.AZ/ Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl Ankara xəstəxanasında dünyasını dəyişib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, 91 yaşında vəfat edib.
Dəmirəl prezident postunu 1993-2000-ci illərdə tutub. Ondan əvvəl 5 dəfə Türkiyənin baş naziri vəzifəsində çalışıb.