Yuxarı
    Bağlamaq

    Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini XİN-ə təqdim edib

    Səfir xarici işlər nazirinin müavini ilə Ankara ilə Moskva arasında münasibətlərin normallaşması prosesini müzakirə edib

    Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri Hüseyn Lazip Diriöz etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkova təqdim edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ankara ilə Moskva arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

    Qeyd edək ki, 60 yaşlı Hüseyin Lazip Diriöz ən təcrübəli türk diplomatlardan biri sayılır. O, 1978-ci ildən Xarici İşlər Nazirliyində çalışıb: əvvəlcə NATO Əməkdaşlıq Departamentinə rəhbərlik edib, ardından İctimaiyyətlə Əlaqələr və Media Departamentinin başçısı olub. H.L.Diriöz 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı, 2013-cü ildən bəri isə Braziliyadakı səfir vəzifəsində çalışıb.

    O, 2014-cü ildən Türkiyənin Rusiyadakı səfirliyinə başçılıq edən Ümit Yardımı əvəz edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi