Türkiyə Rusiyanın sanksiyalarına qarşı "Qırmızı xətt planı"nı açıqlayıb

Türkiyə Rusiyanın sanksiyalarına qarşı "Qırmızı xətt planı"nı açıqlayıb Plana əsasən, Türkiyə ərazisindən keçən Rusiya TIR-larının içi bir-bir yoxlanılacaq
Region
1 Dekabr , 2015 11:59
Türkiyə Rusiyanın sanksiyalarına qarşı Qırmızı xətt planını açıqlayıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiyanın sanksiyalarına qarşı Türkiyə hökuməti də "qırmızı xətt planı" hazırlayıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, ötən gecə ölkə baş nazirinin müavini Mehmet Şimşəyin sədrliyi ilə keçirilən toplantıda bu plan hazırlanaraq, təsdiqlənmək üçün baş nazir Əhməd Davudoğluna təqdim edilib.

Həmin planın bəzi maddələri aşağıdakı kimidir:

Hökumət təmsilçiləri Rusiya gömrüklərində saxlanılan və geri qaytarılan meyvə-tərəvəz məhsullarının türkiyəli ixracatçıları ilə görüşərək, həmin malları qiymətləndirəcəklər;

Türkiyə hökuməti yerli toxuculuq, hazır geyim, elektirik avadanlığı, kimyəvi mallar istehsal edən və onun ixracı ilə məşğul olanların zərər görməməsi üçün məhsulların başqa bazarlara yönəldilməsinə yardım edəcək;

Rusiyadan idxal edilən təbii qaza alternativ mənbələr axtarılacaq, ehtiyac yaranarsa, razılaşma yenilənəcək;

Rusiyanın Türkiyədən tranzit yolu olaraq istifadə etdiyi marşrutların sayı azaldılacaq. Türkiyə ərazisindən keçən Rusiya TIR-larının içi bir-bir yoxlanılacaq;

Rusiyada istehsal edilib, Türkiyəyə ixrac olunan bütün mallar nəzarətə alınacaq və yoxlamadan keçiriləcək.

Planda Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının tikintisində Rusiyaya alternativ axtarılması, rusiyalı turistlər üçün nəzərdə tutulan ucuz tur paketlərin ləğv edilməsi, bu yöndə başqa ölkələrdə kampaniyaların keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi