Yuxarı

Türkiyənin Rusiyadakı səfirliyinə deputatın adından tozlu məktub göndərilib

Türkiyənin Rusiyadakı səfirliyinə deputatın adından tozlu məktub göndərilib
Rusiya FHN-in Baş İdarəsi: Tozun heç bir təhlükəsi yoxdur

Bakı. 21 fevral. REPORT.AZ/ Rusiyada Avropa İttifaqı nümayəndəliyinin və Türkiyə səfirliyinin ünvanına dünən gələn tozlu məktubların üzərində, ötən həftə olduğu kimi, yenə də Rusiya Dövlət Dumasının deputatı Sergey Jeleznyakın poçt rekvizitləri olub.

"Report" xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildiriblər ki, tozun heç bir təhlükəsi yoxdur.

Qeyd edək ki, ötən həftə Moskvadakı 13 diplomatik nümayəndəlik içərisində fipronil (pestisid) olan tozabənzər maddə səpilmiş məktub alıb.

Bütün zərflər diplomatik missiyalara Dövlət Dumasının deputatı Sergey Jeleznyakın adından gəlib. Deputat bu hadisədən sonra polisə gedərək məktublarla əlaqəsinin olmadığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi