Yuxarı
    Bağlamaq

    Türkiyə prezidentinin sözçüsü Cerablus əməliyyatı ilə bağlı açıqlama yayıb

    İbrahim Kalın: Türkiyə sərhədinin təhlükəsizliyini və Suriyanın ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları atacaq

    Bakı. 24 avqust. REPORT.AZ/ "Cerablus əməliyyatının hədəfi sərhədlərimizi İŞİD və YPG (terrorçu PKK-nın Suriyadakı qollarından biri - "Report") də daxil olmaqla bütün terrorçulardan təmizləməkdir".

    "Report" Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb.

    "Türkiyə sərhədinin təhlükəsizliyini və Suriyanın ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları davamlı olaraq atacaq. Türkiyə buna tam qərarlıdır" - deyə İbrahim Kalın bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi