Yuxarı

Türkiyənin "Peqasus Air" hava şirkəti Rusiyaya uçuşları dayandırıb

Şirkət bildirib ki, viza almaq üçün müraciətləri cavabsız qalıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin "Peqasus Air" hava şirkəti yanvarın 16-dək Rusiyaya uçuşları dayandırıb.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda şirkət məlumat yayıb.

Şirkət uçuşların dayandırılmasının səbəblərini açıqlayıb: "Rusiya yanvarın 1-dən Türkiyə hava şirkətlərinin ekipajlarına viza rejimi tətbiq edib, eləcə də şirkətin işçilərinə viza almaq üçün etdiyi müraciətlər cavabsız qalıb. Ona görə də yanvarın 16-dək Rusiyaya uçuşları dayandırırıq".

Şirkətdən bildirib ki, Rusiayanın bu addımı beynəlxalq mülki aviasiya əməkdaşlığı qaydalarına ziddir.

"Peqasus Air" sərnişinlərə biletlərin tam qiymətinin ödənilməsini, yaxud yanvarın 15-dən sonraya dəyişdirlməsini təklif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi