Türkiyənin paytaxtında yanğın olub, 30 nəfər xəstəxanaya aparılıb

Türkiyənin paytaxtında yanğın olub, 30 nəfər xəstəxanaya aparılıb Yanğın söndürülüb və hadisənin başvermə səbəbləri araşdırılır
Region
3 Yanvar , 2017 10:11
Türkiyənin paytaxtında yanğın olub, 30 nəfər xəstəxanaya aparılıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində yanğın hadisəsi baş verib.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, hadisə Ankaranın Çukurambar küçəsində yerləşən binanın birinci mərtəbəsindəki ofisdə qeydə alınıb.

Yanğın zamanı təxminən 30 nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Zərərçəkənlər dərhal xəstəxanaya aparılıblar.

Qısa müddətdə ətrafa yayılan alov 25 mənzilin olduğu 5 mərtəbəli binanı bürüyüb. Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım gəlib. Yanğın söndürülüb və hadisənin başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi