Yuxarı

​Taner Yıldız: "Metsamor AES-in fəaliyyətinə etiraz yürüşü keçirək"

Metsamor AES-in istismar müddəti 2005-ci ildə başa çatıb

Bakı. 6 may. REPORT.AZ/ "Ermənistandakı Metsamor Atom-Elektrik Stansiyasının (AES) fəaliyyətinə etiraz edin". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

İstanbulda "XXI Beynəlxalq Energetika və Ətraf mühitin qorunması" (İCCİ-2015) sərgi-konfransının açılışında çıxış edən nazir bildirib: "Dostlara bir tövsiyəm var. 1980-ci ildə tikimiş, 30 illik istismar müddətini başa vurmuş bir stansiya var. Bu, İğdırdan 30 km aralı, Türkiyə sərhədindən isə 16 kilometrlik bir məsafədə yerləşir. Gəlin, İğdırda ətraf mühitin qorunması tələbi ilə Metsamor Atom-Elektrik Stansiyasının fəaliyyətinə etiraz yürüşü keçirək. Nədən bu məsələyə həssaslıq göstərmirsiniz?"

Xatırladaq ki, Metsamor AES 1977-ci ildə tikilib. 1988-ci ildə Ermənistanda baş verən zəlzələ nəticəsində stansiya ciddi zədələnmişdi. Bu səbəbdən AES uzun müddət işləmədi. Metsamor AES-in istismar müddəti isə 2005-ci ildə başa çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi