Yuxarı

​Türkiyənin müvəqqəti hökuməti ilk toplantısını keçirib

Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının qurucusu, Toğrul Türkeşin atası Alparslan Türkeşin məzarını da ziyarət edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyənin müvəqqəti hökuməti Çankaya Köşkündə ilk toplantısını keçirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, iclasdan əvvəl nazirlər Atatürkün mavzoleyini ziyarət ediblər.

"Anıtkabir"dəki özəl dəftərə baş nazir Əhməd Davudoğlu bunları yazıb: "Cumhürriyyətimizi XXI əsrin güclü və etibarlı ölkələrindən biri etməyə, ədaləti qorumağa, hər vətəndaşımızın insan haqları və azadlıqlarını təmin etməyə, insanlarımıza və ölkəmizə zərər vermək istəyənlərə qarşı bütün sahələrdə mübarizə apararaq, böyük Türkiyə hədəfinə doğru irəliləmək üçün qətiyyətlə çalışacağımıza hökumətimiz adından söz verirəm".

Məlumata görə, diqqətçəkən məqamlardan biri Milliyyətçi Hərəkat Partiyasının sədr müavini və baş nazirin müavini Toğrul Türkeşin baş nazir Əhməd Davudoğlunun xidməti avtomobilində "Anıtkabir"i tərk etməsidir. Avtomobildə Ə.Davudoğlu və T.Türkeş əyləşib. Müvəqqəti hökumətin "Anıtkabir"dəki mərasimindən sonra baş nazir Əhməd Davudoğlu müavini Toğrul Türkeşlə birlikdə Milliyyətçi Hərəkat Partiyasının qurucusu, Toğrul Türkeşin atası Alparslan Türkeşin məzarını da ziyarət edib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilər noyabrın 1-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi