​Türkiyənin müdafiə naziri terrorçuların və onların havadarlarının iddialarını təkzib edib

​Türkiyənin müdafiə naziri terrorçuların və onların havadarlarının iddialarını təkzib edib İsmət Yılmaz: "Silahlı qüvvələrimiz top mərmilərinin ölkəmizə Suriyanın bölgələrindən atıldığı yeri müəyyən edərək həmin əraziləri atəşə tutub"
Region
15 Fevral , 2016 10:16
​Türkiyənin müdafiə naziri terrorçuların və onların havadarlarının iddialarını təkzib edib

Bakı. 15 fevral. REPORT.AZ/ "Terrorçu PKK və PYD qruplaşması tərəfindən Türkiyənin Kilis bölgəsinə, Dəmirişıq sərhəd polis şöbəsinin binası top atəşinə tutulub. Döyüş qaydalarının tətbiqi qaydalarına uyğun olaraq, ölkəmizin ərazisinin qorunması üçün onlara cavab atəşi açılıb".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsmət Yılmaz bildirib.

"Silahlı qüvvələrimiz ölkəmizə top mərmilərinin Suriyanın Maranaz, Sicarnaz, Minak hava limanı, Tel-Fırat və Şafarikat bölgələrindən atıldığını müəyyən edərək, həmin əraziləri atəşə tutublar. Bizim tərəfdə itki və xəsarət alan yoxdur. Qarşı tərəfdən isə məlumatsızıq.

Terrorçu PPK-nın Suriyadakı qolu "PYD"nin irəliləməsi Türkiyəyə əlavə köç axını deməkdir. Qanunsuz mühacirət isə həm Türkiyə, həm də Avropanın təhlükəsizliyini təhdid edir. Türkiyəyə 2,5 milyondan çox mühacir gəlib. Suriyada etnik təmizləmə prosesi aparılır. Hamı yerində durarsa, Türkiyə də bir iş görməz. Ancaq əlavə torpaq, yer qazanmaq istəyənlər Türkiyənin təhlükəsizliyini təhdid etdiyindən, biz də onlara qarşılıq veririk", - nazir vurğulayıb.

İsmət Yılmaz rəsmi Ankaranın Suriyaya hərbi qüvvə göndərməyi planlaşdırmadığını da bildirib.

Qeyd edək ki, terrorçu PKK, "PYD" və "YPG", habelə Əsəd rejiminin təmsilçiləri "100 türk əsgərinin Suriya ərazisinə müdaxilə etdiyi" barədə iddia irəli sürmüşdülər.

İsmət Yılmaz Suriyadakı Bəşşar Əsəd rejimi təmsilçilərinin verdiyi bu bəyanatı təkzib edərək, Türkiyənin təhlükəsizliyini təhdidlərdən qoruduqlarını söyləyib.  

Son xəbərlər

Orphus sistemi