Türkiyənin müdafiə naziri Qətərlə münasibətləri kəsən ərəb dövlətlərinə cavab verib

Türkiyənin müdafiə naziri Qətərlə münasibətləri kəsən ərəb dövlətlərinə cavab verib Fikri İşık: “Bu bir az ölkələr arasında gücün nümayiş etdirilməsinə də oxşayır”
Region
23 İyun , 2017 13:09
Türkiyənin müdafiə naziri Qətərlə münasibətləri kəsən ərəb dövlətlərinə cavab verib

Bakı. 23 iyun. REPORT.AZ/ “Bu tələbi hələlik rəsmi olaraq görməmişəm, ancaq belə bir sənəd varsa, ikitərəfli əlaqələrə müdaxilə sayıla bilər”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık Körfəzdəki ərəb dövlətlərinin Qətərlə bağlı irəli sürdüküləri 13 şərtdən ibarət ultimatumu şərh edərkən deyib.

“Suriya, İraq böhranı, terror, başqa terrorçu qruplaşmalar var. Bu qədər ağır problemlərin həlli ilə məşğul olunur. Bu zaman belə bir böhranın yaranması məyusedicidir. Bu ölkələr arasında problemlər bir embarqoya çevrilmədən onun həlli bizim üçün çox əhəmiyyətlidir. Problem varsa, masa ətrafında həll edilə bilər. Bu tələbi hələlik rəsmi olaraq görməmişəm, ancaq belə bir sənəd varsa, ikitərəfli əlaqələr müdaxilə sayıla bilər. Bu, bir az ölkələr arasında gücün nümayiş etdirilməsinə də oxşayır. Türkiyənin Qətərdəki hərbi bazası bu ölkənin və bölgənin təhlükəsizliyi üçündür. Bundan heç kim narahat olmasın. Bu anlaşmanın yenidən masaya gətiriləcəyi fikri yoxdur”, - nazir bildirib.

Qeyd edək ki, ötən gecə ərəb ölkələri münasibətlərin normallaşdırılması üçün Qətər qarşısında 13 maddəlik şərt irəli sürüblər. Onlar Dohadan İranla diplomatik münasibətləri kəsməyi və ölkə ərazisində mövcud olan Türkiyə bazasını bağlamağı tələ ediblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Komor adaları, Yəmən, Maldiv, Mavritaniya və Liviya Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri pozub. 

Son xəbərlər

Orphus sistemi