Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini istefa verib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini istefa verib Atilla Kaya MHP-nin Türkiyə konstitusiyasının dəyişdirilməsi ilə bağlı AKP-nin hazırladığı layihəni dəstəkləməsinə etiraz olaraq belə bir addım atıb
Region
4 Yanvar , 2017 15:34
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini istefa verib

Bakı. 4 yanvar. REPORT.AZ/ Türkiyənin müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, İstanbuldan seçilmiş millət vəkili Atilla Kaya partiyadakı vəzifəsindən istefa verib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər veir ki, o, MHP-nin Türkiyə konstitusiyasının dəyişdirilməsi ilə bağlı AKP-nin hazırladığı layihəni dəstəkləməsinə etiraz olaraq istefa verib.

A.Kaya Türkiyədə dövlət idaretmə sisteminin dəyişdirilməsini və parlament idarəetməsindən prezidentlik üsulidarəsinə keçilməsini nəzərdə tutan layihənin əleyhinə səs verəcəyini açıqlayıb. 

O, MHP-nin belə bir təklifi dəstəkləməsindən narazı olduğnun bildirib.  

Son xəbərlər

Orphus sistemi