​Türkiyənin Milli Təhlükəsizlik Şurası Rusiyaya qarşı cavab tədbirlərini detallı şəkildə nəzərdən keçirib

​Türkiyənin Milli Təhlükəsizlik Şurası Rusiyaya qarşı cavab tədbirlərini detallı şəkildə nəzərdən keçirib Rusiyanın Türkiyənin qanuni özünümüdafiə hüququna qarşı mövqeyi yolverilməz hesab edilib
Region
19 Dekabr , 2015 04:54
​Türkiyənin Milli Təhlükəsizlik Şurası Rusiyaya qarşı cavab tədbirlərini detallı şəkildə nəzərdən keçirib

Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada Milli Təhlükəsizlik Şurasının (MTŞ) planlı aylıq iclası keçirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Şura prezidet Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında Prezident Sarayında toplanıb.

İclas 5 saat 45 dəqiqə davam edib. Ölkənin 64-cü hökumət üzvlərinin ilk dəfə qatıldıqları iclasda daxili və xarici siyasətin aktual məsələləri müzakirə olunub.

"Şura regional təhlükəsizlik baxımından İraqdakı vəziyyətin inkişafını müzakirə edib. Türkiyə İraqın suverenliyi və ərazi bütövlüyünə qarşı çaxan İŞİD terror təşkilatına münasibətdə İraqın yanındadır", - deyə Şuranın bəyanatında bildirilib.

Şurada Rusiya və Suriya rejimi ilə birgə hərbi fəaliyyətlə əlaqədar bütün məsələləri, həmçinin bu hərəkətlərin ölkədən yeni qaçqın dalğasına təsiri nəzərdən keçirilib.

"MTŞ Rusiyanın Türkiyənin qanuni özünümüdafiə hüququna qarşı mövqeyini yolverilməz kimi qiymətləndirib. Şuranın iclasında Rusiyaya qarşı cavab tədbirlərinə detallı şəkildə baxılıb", - deyə Şura bəyan edib.

MTŞ Bayırbucağın türkmən əhalisi ilə bağlı da bəynaat verib:

"MTŞ iclasında qeyd olunub ki, Türkiyə mötədil müxalifət və ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərinin problemlərinə biganə qalmayacaq". 

Son xəbərlər

Orphus sistemi