​Türkiyənin milli müdafiə naziri: "162 əsgər bu günə kimi fəraridir"

​Türkiyənin milli müdafiə naziri: "162 əsgər bu günə kimi fəraridir" Əsgərlərlə yanaşı, 3 hərbi attaşe də ölkədən qaçıb
Region
13 Avqust , 2016 06:59
​Türkiyənin milli müdafiə naziri: 162 əsgər bu günə kimi fəraridir

Bakı. 13 avqust. REPORT.AZ/ İyulun 16-da Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 162 əsgər bu günə kimi fəraridir.

"Report"un məlumatına görə, bu barədə "HabertürkTV"-ə müsahibəsində Türkiyənin milli müdafiə naziri Fikri İşıq məlumat verib.

Nazir əlavə edib ki, əsgərlərlə yanaşı, 3 hərbi attaşe də ölkədən qaçıb. Attaşelərin biri Bosniya və Herseqovina, digərləri isə Yunanıstanda çalışıblar. O, attaşelərin ikisi ilə bağlı İtaliya ilə danışıqlar aparıldığını deyib. "Bunların İtaliyaya getdiklərini bilirik. Generallardan birinin ölkə xaricində omasından məlumatlıyıq" – deyə nazir bildirib.

O, qeyd edib ki, 3 min 185 hərbçi Türkiyə Silahlı Qüvvələrindən kənarlaşdırılıb. Nazir təhqiqatların davam etdiyini də əlavə edib.  

Son xəbərlər

Orphus sistemi