Türkiyənin məşhur şirkətinin təmsilçisi FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb

Türkiyənin məşhur şirkətinin təmsilçisi FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb Barbarosa Muratoğlu ifadə vermək üçün İstanbula aparılacaq
Region
1 Dekabr , 2016 11:26
Türkiyənin məşhur şirkətinin təmsilçisi FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyənin tanınmış “Doğan Holding” şirkətlər qrupunun Ankara üzrə məsul əməkdaşı Barbaros Muratoğlu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

“Report” "Fox" televiziyasına istinadən xəbər verir ki, B.Muratoğlu ifadə vermək üçün İstanbula aparılacaq. 

“Star” qəzetinin keçmiş yazarı Cem Küçük “Twitter” səhifəsində yazıb: “Barbaros Muratoğlu demək Aydın Doğan (“Doğan” Holding-in sahibi – “Report”)” deməkdir. Muratoğlu 2011-2016-cı illərdə Aydın Doğanın FETÖ ilə bağlı işlərini görüb”. 

Son xəbərlər

Orphus sistemi