Yuxarı

​Türkiyənin Liviyadakı səfirliyi yenidən açılır

Ölkənin XİN başçısı Tripoliyə səfər edib

Bakı. 30 may. REPORT.AZ/ Türkiyənin paytaxt Tripolidə (Liviya) səfirliyi yenidən fəaliyyətə başlayacaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu səfirliyin yenidən fəaliyyətə başlaması ilə əlaqədar mayın 30-da Liviyaya səfər edib.

Məlumata görə, türkiyəli diplomat səfər çərçivəsində 2016-cı il martın 30-da razılaşma əsasında yaradılan Liviya Milli Barışıq Hökuməti Sədrlər Şurasının başçısı Fayez Mustafa əl-Sarraj və xarici işlər naziri Məhəmməd Tahir Siyala ilə görüşəcək.

Qeyd edək ki, 2014-cü ildə təhlükəsizliklə bağlı vəziyyət pisləşdiyindən Türkiyənin Liviyadakı səfirliyinin əməkdaşları ölkədən təxliyyə edilmiş, diplomatik qurum bağlanmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi